"Azəriqaz" Yevlax sahibkarları ilə görüşəcək

"Azəriqaz" Yevlax sahibkarları ilə görüşəcək
# 23 noyabr 2021 13:20 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Yevlax rayonunda təşkil olunacaq.

"Azəriqaz"dan “APA-Economics”ə verilən məlumata görə, İB-nin rəhbər şəxsləri Yevlax rayonu, Heydər Əliyev prospektində (Yevlax Rayon İcra Hakimiyyətinin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

Məlumata görə, “Səyyar qəbul otağı” noyabrın 25-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR