“Azərişıq” ASC-nin Sədri Vüqar Əhmədovun əmri ilə Bakı şəhərinin rayon və qəsəbələri üzrə 8 rəis tutduğu vəzifədən azad olunub.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yerdəyişmələrin aparılmasında başlıca məqsəd abonentlərin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatını təmin etmək, habelə enerji satış işinin təkmilləşdirilməsində maksimum effektivliyə nail olmaqdır.
Belə ki, bəzi məsul əməkdaşların xidməti ərazilərinin dəyişdirilməsi ilə iş funksiyalarının icrasında yeni yanaşma yaradılması məqsədə müvafiq sayılıb.
Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıda göstərilən RETSİ (ETSİ) rəislərinin yerdəyişmələri aparılmışdır.
Ad, soyad |
Əvvəlki iş yeri |
Dəyişiklikdən sonra |
Ramil Məmmədov |
Səbail RETSİ |
Xırdalan RETSİ |
Ağaverdi Həsənov |
Xətai RETSİ |
Səbail RETSİ |
Şahin Qədimli |
Xırdalan RETSİ |
Xətai RETSİ |
Zaur Şirəliyev |
Nərimanov RETSİ |
Nizami RETSİ |
Nadir Şiriyev |
Xəzər RETSİ |
Nərimanov RETSİ |
Səbuhi Zeynalov |
Maştağa ETSİ |
Xəzər RETSİ |
Rasim Həsənov |
Biləcəri ETSİ |
Maştağa ETSİ |
Məhəmmədəli Məmmədov |
Nizami RETSİ |
Biləcəri RETSİ |