“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

“Azərişıq” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
# 08 may 2021 14:37 (UTC +04:00)

"Azərişıq" ASC bayramla əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, Səhmdar Cəmiyyətin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq edilərək, qəza xidməti və 199 Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb. İstehlakçılardan yarana biləcək hər hansı problemlə əlaqədar ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR