"Azərkosmos" Çin şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

"Azərkosmos" Çin şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
# 02 iyul 2021 13:01 (UTC +04:00)

“Azərkosmos” ASC Çinin kosmik sənayesinin kommersiya fəaliyyətini həyata keçirən yüksək texnologiya şirkəti “Satelliteherd” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən “Satelliteherd” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) diametri 4.2 metr olan yerüstü anten quraşdırıb. “Satelliteherd” şirkəti bu anten vasitəsilə kosmik bazarda fəaliyyət göstərən peyklər və peyk şəbəkələri arasında izləməni, peyklərin sağlamlığının yoxlanılmasını, telemetriyanın alınmasını və peyklərə nəzarətin düzgün aparılmasını təmin edəcək.

Kosmik texnika mühəndisliyi sahəsində yüksək təcrübəyə malik olan “Satelliteherd” şirkəti ƏYPİM-də quraşdırılan anten sayəsində peyklərdən düzgün siqnalların qəbulu üçün etibarlı və müasir həllər təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR