“Azərpoçt” Ümumdünya Poçt Günü ilə bağlı güzəşt kampaniyası keçirir

“Azərpoçt” Ümumdünya Poçt Günü ilə bağlı güzəşt kampaniyası keçirir
# 04 oktyabr 2021 13:14 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 9 oktyabr – Ümümdünya Poçt Günü münasibətilə güzəşt kampaniyası keçirir.

“Azərpoçt”-dan “APA-Economics”ə verilən məlumata görə, belə ki, Rusiya Federasiyasına göndərilən EMS (sürətli poçt rabitəsi xidməti) göndərişlərinin tariflərinə oktyabr ayı ərzində 50%-dək endirim edilir.

Qeyd edilən ölkəyə EMS-lə göndəriş edən hər kəs bu fürsətdən yararlana bilər.

Xatırladaq ki, EMS fiziki poçt xidmətləri növlərindən ən sürətlisidir. Bu xidmət vasitəsilə məktubların, sənədlərin və malların qısa zamanda yığılması, daşınması və çatdırılması həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR