"Azərpoçt" yeni layihə həyata keçirir

"Azərpoçt" yeni layihə həyata keçirir
# 21 oktyabr 2021 10:10 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC poçt xidmətləri ilə bağlı yeni layihəyə başlayıb.

MMC-dən “APA-Economics”ə verilən məlumata görə, belə ki, Sədərək Ticarət Mərkəzindən alınan məhsulların Bakıda göndərişlərin çatdırılması gün ərzində, bölgələrə isə 24 saat müddətində təmin olunur.

Ölkədaxili ən sürətli və ən sərfəli poçt xidmətlərini təqdim edən “Azərpoçt” yeni xidmət sayəsində vətəndaşların rahatlığını təmin edərək qeyd edilən ticarət mərkəzindən alınan məhsulları ( qida və tez xarab olan mallar istisna olmaqla) bir başa ünvana çatdırır.

Xidmət onlayn (vətəndaşların internet vasitəsilə dükanlardan aldığı məhsullar) sifarişlərə də şamil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR