"Azərsu" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azərsu"nun inzibati binası

© APA | "Azərsu"nun inzibati binası

# 08 may 2021 16:40 (UTC +04:00)

9 may qələbə günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışacaq.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu” ASC-nin sədr müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə qarşıdakı günlərdə qəza xidmətləri fasiləsiz və operativ fəaliyyət göstərəcək.

İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 “WhatsApp” nömrəsi və facebook.com sosial şəbəkəsi vasitəsi ilə də müraciətlərini ünvanlaya bilərlər.

Abonentlərin bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR