“Azexport.az” və “Bir Pəncərə” mərkəzi ABADA ilə əməkdaşlıq edəcək

“Azexport.az” və “Bir Pəncərə” mərkəzi ABADA ilə əməkdaşlıq edəcək

© APA | “Azexport.az” və “Bir Pəncərə” mərkəzi ABADA ilə əməkdaşlıq edəcək

# 05 avqust 2021 11:07 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri olan “Azexport.az” internet portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi (İDM) Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası (ABADA) ilə görüş keçirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov əvvəlcə portalın fəaliyyəti barədə məlumatlar təqdim edib.

O, “Azexport.az” portalına xarici ölkələrdən ixrac sifarişləri ilə yanaşı, beynəlxalq yükdaşıma sorğularının da daxil olduğunu vurğulayıb. A. Qədəşov daxil olan yükdaşıma sorğularının ABADA-ya təqdim olunması potensial əməkdaşlıq istiqamətlərindən biri olduğunu qeyd edib.

Məlumata görə, tədbirdə “Carnet TIR”ın geniş tətbiqi rəsmiləşmə prosesinin daha sürətli həyata keçirilməsində, həmçinin, yerli yükdaşıma şirkətlərinin xidmət ixracının artmasında əhəmiyyətli rolu olduğu vurğulanıb.

Daha sonra Nicat Hacızadə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin xidmətləri barədə məlumat verib. O, beynəlxalq yükdaşımalarında yerli şirkətlərin bazar payının artması məqsədi ilə loqistika sahəsində “ISO” standartlarının geniş tətbiqinin əhəmiyyətindən danışıb. N. Hacızadə ABADA və İDM arasında potensial əməkdaşlıq istiqamətlərinə dair qeydlərlə çıxış edib.

Görüşdə ABADA-nın ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Məmmədov təmsil etdiyi qurumun fəaliyyətinə dair ətraflı məlumatlar təqdim edib. Bildirilib ki, beynəlxalq yükdaşımalar zamanı sürücülərin və daşıma prosesinin təhlükəsizliyinin təmin olunması məqsədilə mütəmadi maarifləndirmə işləri aparılır. Həmçinin, sürücü heyətinin peşəkarlığının artırılması məqsədilə uzunmüddətli və qısamüddətli müxtəlif təlimlər təşkil olunur. Keçirilən təlimlər sürücülərin peşəkarlıq səviyyəsinin artırılması ilə yanaşı, onların xarici dil biliklərinin təkmilləşməsini də əhatə edir.

Qeyd edək ki, 1993-cu ildən fəaliyyət göstərən ABADA və Mərkəzin innovativ layihələrinin birgə təşkilatçılığı ilə beynəlxalq yükdaşıma iştirakçılarının dəstəklənməsi məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsinə dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR