Bakı-Antalya aviareysinin təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb - VİDEO

Airbus A320

© APA | Airbus A320

# 12 iyun 2021 09:54 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan "Airbus A320" təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR