Bakı Beynəlxalq Avtovağzalında COVID-19 vaksinasiya məntəqəsi yaradılıb

Bakı Beynəlxalq Avtovağzalı

© APA | Bakı Beynəlxalq Avtovağzalı

# 13 sentyabr 2021 16:32 (UTC +04:00)

Bakı Beynəlxalq Avtovağzal kompleksində sərnişinlər üçün COVID-19 vaksinasiya məntəqəsi yaradılıb.

APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

O qeyd edib ki, avtovağzala gələn sərnişinlərdən COVID-19 pasportu tələb olunmasa da, kompleksin ərazisində fəaliyyət göstərən ticarət mərkəzinə daxil olmaq istəyənlərdən bu tələb olunur.

“Qaydalara görə iri ticarət mərkəzlərində COVID-19 pasportunun və vaksinasiya olunduğunu təsdiq edən sənədin olması zəruridir. Digər məqam, əyər sərnişin regionda vaksin olunubsa, amma paytaxta gəldiyi zaman o vaksinin ikinci dozasını etməlidirsə, bu zaman sərnişin Bakı Beynəlxalq Avtovağzalında mövcud olan vaksinasiya məntəqəsindən istifadə edə bilər”, - deyə N. Allahyarova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR