Bakı limanı bu il 5,5 mln. tonadək yükün aşırmasını hədəfləyib

Bakı limanı bu il 5,5 mln. tonadək yükün aşırmasını hədəfləyib
# 07 dekabr 2021 12:39 (UTC +04:00)

Bu il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 5,5 mln. tona yaxın yükün aşırmasını hədəfləyib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli "Azərbaycanın logistika imkanları. Real vəziyyət və prespektivlər" mövzusunda media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, ötən il Bakı limanı 4,7 mln. ton yük aşırıb.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Bakı limanı 4,707 mln. tona yaxın yük aşırıb, bu da illik müqayisədə 18,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR