Bakı metrosu üçün istehsal olunan dörd qatar Bakıya çatdırılıb - FOTO

Bakı metrosu üçün istehsal olunan dörd qatar Bakıya çatdırılıb - <span class="red_color">FOTO
# 16 iyul 2021 16:17 (UTC +04:00)

Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya çatdırılıb.

Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda qatarların 2-si depoda ikisi isə Keşlə qəsəbəsindədir. Qatarlar depoya çatdırıldıqdan sonra təxminən iki həftə ərzində sazlama, tənzimləmə və sınaq işləri aparılacaq və sonra istismara veriləcək.

Beləliklə, metropoliteninin yeni qatarların sayı 19-a çatdırılacaq. İstismar müddəti başa çatan qatarlar isə silinərək utilizasiya olunacaq.

Xatırladaq ki, hazırda "Bakı Metropoliteni"ndə 280 qatar mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR