Bakı metrosunda sərnişin daşımaları 8%-dək artıb

Elxan Məmmədov

© APA | Elxan Məmmədov

# 29 sentyabr 2021 15:23 (UTC +04:00)

Bu ilin sentyabr ayında Bakı metropoliteni üzrə sərnişin axını yay aylarına nisbətdə 8%-dək artıb.

“Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Elxan Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib ki, yay aylarında gündəlik sərnişin axını 370-390 min civarında təşkil edib.

“Sentyabr ayında bu göstərici 400-420 min civarında olub. Gələn aylarda artımın müşahidə olunacağı istisna olunmur”, - deyə E. Məmmədov qeyd edib.

Qeyd edək ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətdə 55,6% azalaraq 28,7 mln. nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR