Bakı metrosunda xəttə buraxılmış sınaq qatarında nasazlıq yaranıb

Bakı metrosunda xəttə buraxılmış sınaq qatarında nasazlıq yaranıb
# 20 sentyabr 2021 13:35 (UTC +04:00)

Bakı metropolitenində xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasında köməkçi qatar verilib.

Bakı metropoliteni QSC-dən "APA-Economics"ə verilən məlumata görə, köməkçi qatardan sərnişinlər düşürülüb.

Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub.

Xəttə ehtiyat qatar buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR