Bakı-Naxçıvan marşrutu üzrə ilk müntəzəm avtobus reysi yola düşüb

Bakı-Naxçıvan marşrutu üzrə ilk müntəzəm avtobus reysi yola düşüb
# 17 iyul 2021 09:52 (UTC +04:00)

Bakı-Naxçıvan marşrutu üzrə ilk müntəzəm avtobus reysi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşdü.

Dövlət Avtomobil Nəqliyyat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə əvvəlcədən təyin olunan məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.

Qeyd edək ki, gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir. Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcədə avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə "online" gediş bileti sifariş etmək mümkündür.

Reyslər yüksək komfortlu, müasir tipli avtobuslarla həyata keçirilir. Azərbaycan vətəndaşları üçün gömrük keçid məntəqəsində COVID-19 testi pulsuz olaraq götürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR