Bakıda avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib

Bakıda avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib
# 15 iyul 2021 13:19 (UTC +04:00)

Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Bu barədə APA-ya bakı Nəqliyyat Agentliyindən bildirilib.

Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR