Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fəaliyyət Planı müzakirə olunacaq

Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fəaliyyət Planı müzakirə olunacaq
# 22 noyabr 2021 13:26 (UTC +04:00)

Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın növbəti il üçün Fəaliyyət Planı layihəsi müzakirə olunacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələnin müzakirəsi Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun 25 noyabr tarixində keçiriləcək növbəti iclasında planlaşdırılıb.

İclasda həmçinin 2021-ci il üçün Fəaliyyət Planının cari ilin 9 ayı ərzində icra vəziyyətinin monitorinqi və qiymətləndirilməsinin nəticələri də müzakirə olunacaq.

Fəaliyyət sahəsi üzrə təkliflər azranking.az saytında “Onlayn müraciət” bölməsində qəbul olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR