Bakıda ötən ay 14 küçə əsaslı təmir edilib  - VİDEO

Bakıda ötən ay 14 küçə əsaslı təmir edilib  - VİDEO
# 15 sentyabr 2021 10:33 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2021-ci ilin avqust ayı ərzində Bakı şəhərində 14 küçə əsaslı təmir edilib.

AAYDA-dan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə əsaslı təmir edilmiş küçələrin uzunluğu – 9500 metr, əsaslı təmir işlərinin aparıldığı sahə – 116 093 kv. metr təşkil edib.

Məlumata görə, avqust ayında Bakıda 18 792 kv. metr həcmində piyada səkiləri yeni tikilib və bərpa edilib.

Qeyd olunur ki, avqust ayında Bakıda AAYDA tərəfindən 2 005 metr uzunluğunda küçələrdə orta təmir işləri aparılıb. Orta təmir işlərinin aparıldığı sahə 19 062 kv. metr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR