Bakıdan Moskvanın daha bir aeroportuna uçuşlar yerinə yetiriləcək

Bakıdan Moskvanın daha bir aeroportuna uçuşlar yerinə yetiriləcək
# 19 noyabr 2021 18:01 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 1-dən etibarən Moskvanın “Vnukovo” (VKO) hava limanına xüsusi reyslər yerinə yetirməyə başlayacaq.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, həmin tarixdən həmçinin “Domodedovo” (DME) hava limanına reyslərin sayı artır. Hər iki hava limanına reyslər hər gün həyata keçiriləcək. Beləliklə, Bakıdan Rusiyanın paytaxtına reyslərin ümumi sayı həftədə 14 reysə çatdırılacaq.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Daşımaya yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Rusiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub: https://www.azal.az/az/information/covid-russia

Rusiyaya səfər edən bütün xarici vətəndaşlar “COVID-19 olmadan səyahət edirik” mobil əlavəsini smartfonlarına yükləməli və PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.

Moskvadan Bakıya uçuş zamanı Azərbaycana giriş qaydaları ilə tanış olmaq və aviaşirkətin saytında https://www.azal.az/az/information/covid-azerbaijan linki üzrə qeyd olunan klinika və ya laboratoriyalardan birində COVID-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR