Bakının Əbdülvahab Salamzadə küçəsində təmir işləri aparılıb - FOTO

Bakının Əbdülvahab Salamzadə küçəsində təmir işləri aparılıb  - FOTO
# 22 noyabr 2021 12:42 (UTC +04:00)

Noyabr ayının 20-21-də Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "APA-Economics"ə verilən məlumata görə, təmir-tikinti işləri körpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.

Məlumata görə, sürücülər artıq yol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR