Bakının General Həmidov küçəsi əsaslı təmir edilir - FOTO

Bakının General Həmidov küçəsi əsaslı təmir edilir - FOTO
# 24 iyun 2021 15:30 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rahat gediş-gəlişin təmin olunması məqsədi ilə Yasamal rayonu General Həmidov küçəsində təmir-tikinti işləri aparılır.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, aparılan təmir işləri çərçivəsində 340 metr uzunluğa malik küçə boyu köhnə asfalt-beton örtüyünün yenilənməsi ilə yanaşı, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, səkilərin hərəkət hissəsinin asfaltlanması, köhnə səki daşlarının yenisi ilə əvəz edilməsi icra olunur. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 4 min kv. metr təşkil edir.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.

Qeyd edək ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 km olan 11 küçə və yolda yenidənqurma işləri icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR