Bakının iki rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının iki rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq
# 25 noyabr 2021 10:03 (UTC +04:00)

Bu gün Bakının Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 25 noyabr 2021-ci il tarixində gün ərzində Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR