"Baktelecom": "Azeurotel" abunəçilərinin 70%-nin rabitə xidməti bərpa edilib

"Baktelecom": "Azeurotel" abunəçilərinin 70%-nin rabitə xidməti bərpa edilib
# 12 iyul 2021 11:05 (UTC +04:00)

"Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Elektron Avtomat Telefon Stansiyaları üzərindən ötürülən rabitə xidmətlərində meydana gələn çətinliyin böyük qismi aradan qaldırılıb.

"Baktelecom"dan "APA-Economics"ə verilən məlumata görə, xidməti dayanan 70% abunəçinin telefon, internet və televiziya xidmətləri artıq bərpa edilib.

"Hazırda rabitə qurğularının işində fasiləyə səbəb olan nasazlığın tam aradan qaldırılması istiqamətində işlər operativ qaydada davam etdirilir", - "Baktelecom"dan bildirilib.

Qeyd edək ki, 9 iyul tarixində yaranan nasazlıq 2 min abunəçiyə rabitə xidmətlərinin ötürülməsinə çətinlik yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR