Baş nazir: “Rayonların qazlaşdırılmasının başa çatdırılması hökumətin əsas hədəflərindəndir”

Əli Əsədov

© APA | Əli Əsədov

# 03 dekabr 2021 12:13 (UTC +04:00)

“Əhalinin rifah halının yaxşılaşdırılması, kommunal və yol infrastrukturu sahəsində böyük layihələr həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında büdcə zərfinin qəbulu ilə bağlı çıxışında Baş nazir Əli Əsədov bildirib.

Baş nazir qeyd edib ki, deputatlar təmsil olunduqları rayonlarda bu qəbildən olan məsələlərlə bağlı təkliflər verib: “Bu məsələlər diqqətdə saxlanılır və davamlı olaraq məqsədyönlü tədbirlər görülür. Deputatların qaldırdığı qazlaşdırma məsələsinə gəlincə, hazırda ölkədə qazlaşdırılması həyata keçirilməyən hər hansı rayon yoxdur. Rayonlar arasında hər hansı ayrı-seçkiliyə yol vermədən qazlaşdırılmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biridir. Bir çox ölkədə, hətta böyük qaz ixracatçı olan ölkələrdə əhalinin qazlaşdırılmasına indi başlanır. Azərbaycan üzrə qazlaşdırmanın səviyyəsi isə 96,3 faiz təşkil edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR