Belarus aviaşirkəti Avropanın 12 şəhərinə reysləri ləğv edib

Belarus aviaşirkəti Avropanın 12 şəhərinə reysləri ləğv edib
# 27 may 2021 12:24 (UTC +04:00)

Belarusun milli aviadaşıyıcısı olan "Belavia" şirkəti Avropanın 8 ölkəsinə (12 şəhər) aviareysləri ləğv edib.

"APA-Economics"in məlumatına görə, bu barədə aviaşirkətin açıqlamasında deyilir.

"Bir sıra ölkədən uçuşlara qadağa qoyulduğu üçün "Belavia" 27 may – 30 oktyabr 2021-ci il tarixləri arasında Varşava (Polşa), Milan, Roma, (İtaliya), Amsterdam (Niderland), Frankfurt, Berlin, Münhen, Hannover (Almaniya), Vyana (Avstriya), Brüssel (Belçika), Barselona (İspaniya) və Kalininqrad (Rusiya) istiqamətində uçuşları ləğv etmək məcburiyyətində qalıb. Sərnişinlər istifadə olunmamış və qismən istifadə olunmuş biletlərin alındığı tarixdən bir il ərzində biletin gediş tarixini dəyişdirə və ya cərimə olunmadan tam qiymətini geri ala bilərlər. Pulun geri qaytarılması üçün biletlərin alındığı yerlə əlaqə saxlamalısınız", - məlumatda deyilir.

Xatırladaq ki, Latviya, Litva və Polşa Belarus aviaşirkəti üçün hava məkanlarını bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR