Bir neçə ölkədə dövlət və media saytlarına silsilə kiberhücumlar qeydə alınıb

Bir neçə ölkədə dövlət və media saytlarına silsilə kiberhücumlar qeydə alınıb
# 18 noyabr 2021 13:05 (UTC +04:00)

Media şirkətlərinin, dövlət qurumlarının və internet provayderlərinin veb-saytlarında məqsədyönlü hücumlar aşkar edilib.

APA-Economics” ESET şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, xüsusilə kibercinayətkarların hədəfi Avropa, Yaxın Şərq və Cənubi Afrika ölkələridir.

Belə ki, kibercinayətkarlar potensial hədəfləri öz cihazlarını daha da yoluxdurmaq üçün bu saytlara daxil olmağa cəlb edirlər.

Saytların bəzi istifadəçiləri çox güman ki, brauzer eksploytu səbəbindən hücumun qurbanı olub. Bununla belə, nə eksployt, nə də son komponent aşkar olunmayıb.

Həmçinin qeyd olunur ki, təhlükəli saytlar yalnız kibercinayətkarların hədəflərini yoluxdurması üçün ilkin vektor kimi istifadə olunur.

Xüsusilə kibercinayətkarların hədəfi Böyük Britaniya, Yəmən və Səudiyyə Ərəbistanındakı media saytlar, həmçinin İtaliya və Cənubi Afrikadakı aerokosmik və hərbi texnologiya şirkətlərinin veb-resursları olub.

Bununla yanaşı, kibercinayətkarlar Almaniyadakı MEDICA Dünya Tibb Forumunun da saxta internet səhifəsini yaradıblar. Güman edilir ki, onlar bu saytı Forumun rəsmi səhifəsini “sındıra” bilmədikləri üçün öz zərərli kodlarını daxil etmək məqsədilə açıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR