Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Fiziki infrastruktur" işçi qrupunun iclası keçiriləcək

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Fiziki infrastruktur" işçi qrupunun iclası keçiriləcək
# 26 oktyabr 2021 14:09 (UTC +04:00)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun növbəti iclasının 2021-ci il 29 oktyabr tarixində saat 15:00-da keçirilməsi nəzərdə tutulub.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərlə bağlı hesabatların dinlənilməsi, işçi qrupunun əvvəlki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti və növbəti il üçün Fəaliyyət Planı layihəsinin müzakirə edilməsi planlaşdırılır.

Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək və ya işçi qrupun iclasında iştirak etmək arzusunda olan şəxslər https://azranking.az saytında "Onlayn müraciət" səhifəsinə daxil olaraq müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR