BTQ ilə daşınan konteynerlərin sayı kəskin artıb

BTQ ilə daşınan konteynerlərin sayı kəskin artıb
# 03 avqust 2021 12:24 (UTC +04:00)

Bu ilin 7 ayı ərzində Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə 13 610 TEU konteyner daşınıb, bu da illik müqayisədə 63% çoxdur.

“ADY Konteyner” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, 2020-ci ilin 7 ayı ərzində BTQ ilə ümumilikdə 8348 TEU konteyner təyinat stansiyalarına çatdırılıb.

Bu ilin iyul ayı üzrə göstəricilərdə də müsbət dinamika müşahidə olunur. Belə ki, ötən ay 2020-ci ilin iyul ayı ilə müqayisədə BTQ ilə daşınan konteynerlərin sayında 109 % artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin 7 ayı ərzində daşınan 13 610 TEU konteynerdən 92 faizini tranzit yükdaşımaları təşkil edir. BTQ dəmiyolu xətti ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin - Türkiyə, Orta Asiya - Türkiyə və əks istiqamətlərdə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR