BTQ ilə indiyədək 43 minədək konteyner daşınıb

BTQ ilə indiyədək 43 minədək konteyner daşınıb
# 07 dekabr 2021 13:50 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Baki-Tbilisi-Qars (BTQ) dəmiryol xətti ilə 20 526 TEU konteyner (20 futluq) ekvivalentində daşımalar həyata keçirilib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli "Azərbaycanın logistika imkanları. Real vəziyyət və prespektivlər" mövzusunda media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə bu göstərici 11 748 TEU təşkil edib.

X. Həsənli onu da əlavə edib ki, 2017-2021-ci illərdə BTQ ilə 42 709 TEU konteyner ekvivalentində daşımalar həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR