Bu ilin I yarısında “Azərkosmos” 22 mln. dollarlıq xidmət ixrac edib

Bu ilin I yarısında “Azərkosmos” 22 mln. dollarlıq xidmət ixrac edib
# 30 iyul 2021 10:49 (UTC +04:00)

2021-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 22 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən verdiyi məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

2021-ci ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 24 ölkəsinə 2,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR