Budapeştdə Türk Şurası ölkələrinin nəqliyyat sahəsində əməkdaşlığı müzakirə olunur

Budapeştdə Türk Şurası ölkələrinin nəqliyyat sahəsində əməkdaşlığı müzakirə olunur
# 14 oktyabr 2021 16:01 (UTC +04:00)

Macarıstanın paytaxtı Budapeşt şəhərində Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyinin təşəbbüsü ilə Türk Şurasına üzv olan ölkələrin nəqliyyat nazirlərinin V toplantısı işə başlayıb.

"APA-Economics"in xəbər verir ki, tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə təmsil edir.

Görüşdə daha səmərəli və dayanıqlı daşımalar üçün atılacaq addımların və planların qiymətləndirilməsi, həmçinin logistika sahəsində əməkdaşlıq yolu ilə ölkələrin ixrac həcmini artıracaq məsələlərin müzakirəsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR