Cavid Qurbanov: "İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır" - VİDEO

Cavid Qurbanov

© APA | Cavid Qurbanov

# 23 iyul 2021 12:53 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, işlər üç istiqamət üzrə aparılır: "Bunlar Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətləridir və bu istiqamətlər üzrə işlər sürətli aparılır".

C. Qurbanovun sözlərinə görə, Ağdam istiqamətində artıq 20 km yol yatağı tikinti üçün hazırdır.

C. Qurbanov onu da qeyd edib ki, ərazilərin minalanması dəmiryol infrastrukturunun yaradılması istiqamətində işlərin aparılmasını çətinləşdirən əsas səbəbdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR