Ceff Bezos "Amazon"un baş direktoru vəzifəsindən gedib

Ceff Bezos

© APA | Ceff Bezos

# 05 iyul 2021 18:01 (UTC +04:00)

"Amazon"un qurucusu Ceff Bezos dünyanın ən böyük onlayn pərakəndə platformasının baş direktor vəzifəsindən ayrılıb, şirkətin yeni rəhbəri vəzifəsinə "Web Services" şöbəsini quran və ona rəhbərlik edən Endi Cessi təyin olunub.

"APA-Economcis” xəbər verir ki, bu barədə "Amazon"un açıqlamasında deyilir.

C. Bezosun bu vəzifədən gedəcəyi fevral ayında məlum olub. May ayında o, 5 iyul tarixində vəzifəsindən ayrılacağını açıqlamışdı.

57 yaşlı iş adamı vəzifəsindən getdikdən sonra şirkətin İdarə Heyətinin sədri olaraq qalacaq. O, şirkətin səhmlərinin 10%-dən çoxuna sahibdir.

Qeyd edək ki, "Forbes" jurnalına görə, Bezos 177 mlrd. ABŞ dollarlıq sərvətlə dünyanın ən zəngin iş adamları siyahısına başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR