Çin internetdə "ekstravaqant həzzlər"ə qarşı mübarizəni sərtləşdirir

Çin internetdə "ekstravaqant həzzlər"ə qarşı mübarizəni sərtləşdirir
# 23 noyabr 2021 17:36 (UTC +04:00)

Çinin internet tənzimləyicisi olan Kiberməkan Məsələləri üzrə İdarə (CAC) məşhurlara və onların pərəstişkarlarına qarşı təzyiqləri gücləndirib ki, onlar internetdə "xaos yaradırlar" və Çin cəmiyyətinin "ənənəvi dəyərlərini" sarsıdan "ekstravaqant həzzləri" təbliğ edirlər.

"APA-Economics"in "Financial Times"a istinadən verdiyi məlumata görə, CAC bu gün şəbəkədə ulduzlar və onların reklamları haqqında xəbər və məlumatların, habelə onların fan-klublarının nəşrlərini tənzimləyən qaydaların siyahısını açıqlayıb.

Bu qaydalara əsasən, internetdə fan-klub səhifələri müvafiq məşhurların peşəkar agentləri tərəfindən idarə olunmalıdır. "Ulduzların" səhifələrində dərclərin sayı, onların hansı qanunauyğunluqla həyata keçirilə biləcəyi də tənzimlənəcək. Qaydalar hətta "ulduzların" səhifələrində məlumatın necə yerləşdirilməsini də nəzərdə tutur – əsas səhifədə nə var, qalan hissədə nə var. Onlayn platformalara və fan-klublara əxlaqsız davranışla yadda qalan və ya qanunu pozan ulduzları təbliğ etmək qadağandır. Məsələn, sərvətləri ilə öyünürlərsə, pulu tərifləyirlərsə, qeybətləri müzakirə edirlərsə, yalan məlumat dərc edirlərsə, söyüş söyürlər və s. Yerli hakimiyyət orqanları tərəfindən effektiv nəzarət üçün məşhurların "qara siyah"ısı tərtib olunacaq və mütəmadi olaraq yenilənəcək.

Xatırladaq ki, bundan öncə Çin hökuməti "gözəl ənənəvi Çin mədəniyyətini, inqilabi mədəniyyəti və sosialist mədəniyyətini" təbliğ etmək, partiyaya və ölkəyə sevgini gücləndirmək məqsədilə radio və televiziya üçün qaydalar tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR