Çin yetkinlik yaşına çatmayanlar üçün onlayn oyun vaxtını məhdudlaşdırıb

Çin yetkinlik yaşına çatmayanlar üçün onlayn oyun vaxtını məhdudlaşdırıb
# 30 avqust 2021 16:31 (UTC +04:00)

Çinin tənzimləyici orqanları oyun asılılığı ilə əlaqədar artan narahatlıqlara cavab olaraq, 18 yaşdan aşağı olan şəxslər üçün oyun vaxtını məhdudlaşdırıb. Belə ki, sözügedən yaş kateqoriyasına aid olan oyunçular cümə günləri, həftə sonları və tətil günlərində cəmi bir saat onlayn oyun oynaya biləcəklər.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumatı Çin mətbuatı yayıb.

Milli Mətbuat Bürosu tərəfindən dərc olunan qaydalara görə, 18 yaşdan aşağı olan istifadəçilər yalnız yerli vaxtla 20:00-dan 21:00-dək və yalnız müəyyən günlərdə oyun oynaya biləcəklər.

Onlayn oyun şirkətlərinin bu saatlar xaricində azyaşlılara hər hansı bir formada oyun xidmətləri göstərməsi qadağan ediləcək. Provaydrlərdən isə oyunçuların əsl adlarını yoxlamaq üçün sistemlər tətbiq etmələri tələb olunur.

Əvvəllər Çində yetkinlik yaşına çatmayanların tətil zamanı onlayn oyunlara giriş müddəti gündə 3 saat, digər günlərdə isə 1,5 saat ilə məhdudlaşdırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR