DANX beynəlxalq avtobus marşrutlarının bərpasının şərtini açıqlayıb

Nuridə Allahyarova

© APA | Nuridə Allahyarova

# 27 may 2021 15:11 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) beynəlxalq avtobus marşrutlarının açılmasının şərtini açıqlayıb.

APA-Economics”in məlumatına görə, DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır.

“Nazirlər Kabinetinin Azərbaycanın sərhəd-keçid məntəqələrindən quru yolla müntəzəm avtobusların xətlərinin açılmasına dair qərarı olmalıdır. Hazırda belə bir qərar Gürcüstan tərəfindən verilib, biz tərəfdən analoji qərar yoxdur”, - deyə DANX-ın rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR