DANX: Həbib Həsənov vəzifədən azad olunmayıb

DANX: Həbib Həsənov vəzifədən azad olunmayıb

© APA | DANX rəisi Həbib Həsənov

# 05 avqust 2021 10:31 (UTC +04:00)

"Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənovun vəzifəsindən azad olunması barədə xəbərlər həqiqətə uyğun deyil".

Bunu "APA-Economics"ə DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bəzi saytlarda H. Həsənovun vəzifədən azad olunması barədə yayılar xəbəri şərh edərkən deyib.

Onun sözlərinə görə, H. Həsənov hazırda məzuniyyətdədir, o, məzuniyyətdən qayıtdıqdan sonra öz vəzifəsini yerinə yetirməyə davam edəcək.

"Xeyr, bu, tamamilə əsassızdır. DANX-nin rəisi Həbib Həsənov adi qaydada məzuniyyətə çıxıb. Məzuniyyətdən qayıtdıqdan sonra işinin başında olacaq. Bununla bağlı xəbər yayanlar adi qeybət səviyyəsində, heç bir rəsmi mənbə olmadan xəbər yayanlardır", - deyə N. Allahyarova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR