DANX: Naxçıvana müntəzəm avtobus xətləri tezliklə bərpa olunacaq

DANX: Naxçıvana müntəzəm avtobus xətləri tezliklə bərpa olunacaq
# 27 may 2021 17:40 (UTC +04:00)

Tezliklə Naxçıvan Muxtar Respublikasına müntəzəm avtobus xətləri bərpa olunacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

"Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən, avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir. Naxçıvan Muxtar Respublikasına səfərlər bərpa ediləcək", - deyə N. Allahyarova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR