Dövlət orqanlarının internet şəbəkəsi üzrə 46 mln. yaxın zərərli keçid bloklanıb

Dövlət orqanlarının internet şəbəkəsi üzrə 46 mln. yaxın zərərli keçid bloklanıb
# 04 oktyabr 2021 16:42 (UTC +04:00)

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət orqanlarının istifadəsi üçün yaradılan “AzStateNet” şəbəkəsi üzrə təhlükəsizlik divarları, sandbox sistemi, mərkəzləşdirilmiş antivirus sistemi, o cümlədən, manual kiberhücum analizlərinin tədqiq nəticəsində blok edilən indikatorların III rüb üzrə statistikasını təqdim edib.

APA-Economics” Mərkəzin yaydığı məlumata istinadən xəbər verir ki, 3-cü rüb üzrə “AzStateNet” şəbəkəsində təhlükəsizlik divarları ilə 45 910 000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 732 300 zərərverici, sandbox sistemi üzrə 11 015 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 40 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilib.

Zərərvericilərin və kiberhücum indikatorlarının blok edilməsində dövlət qurumlarının istifadəsinə verilən “Resurs İdarəetmə Sistemi” vasitəsi ilə “Bloklist” moduluna şübhəli indikatorlar əlavə etməklə ən çox töhfə vermiş 10 dövlət qurumları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi
2. Dövlət Reklam Agentliyi
3. Şabran Rayonu İcra Hakimiyyəti
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
5. Hacıqabul Rayon İcra Hakimiyyəti
6. Dövlət Neft Şirkəti
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
8. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi
9. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
10. Laçın Rayon İcra Hakimiyyəti

Son 30 günün nəticələrinə görə “informasiya təhlükəsizliyi indeksi” üzrə ən aşağı nəticə göstərən 15 dövlət qurumu:

1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
2. Ali Məhkəmə
3. Dövlət Aqrar Ticarət Şirkəti
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
5. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
6. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
7. “Azərsu” ASC
8. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
9. Dövlət Sərhəd Xidməti
10. Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti
12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
13. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
14. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
15. “Azəryolservis” ASC

Son 30 günün nəticələrinə görə ayıqlıq “reaksiya indeksi” üzrə ən aşağı nəticə göstərən 14 dövlət qurumu:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsi
2. Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəsi
3. Milli Televiziya və Radio Şurası
4. Azərbaycan Mərkəzi Bankı
5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
6. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
7. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
8. Dövlət Gömrük Komitəsi
9. Dövlət Neft Şirkəti
10. Dövlət Sərhəd Xidməti
11. Azərbaycan Respublikası Baş Prokurorluğu
12. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
14. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Son 30 günün nəticələrinə görə ayıqlıq üzrə “reaksiya indeksi” ən yüksək olan 15 dövlət qurumu:

1. AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi
3. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi
4. Elektron Təhlükəsizlik Mərkəzi
5. Gəncə Şəhər İcra Hakimiyyəti
6. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
7. İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu
8. Qarabağ Dirçəliş Fondu
9. Quba Rayon İcra Hakimiyyəti
10. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
11. Hacıqabul Rayon İcra Hakimiyyəti
12. Azərbaycan Respublikasının Energetika Nazirliyi
13. Cəbrayıl Rayon İcra Hakimiyyəti
14. Göygöl Rayon İcra Hakimiyyəti
15. Sabirabad Rayonu İcra Hakimiyyəti

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR