Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb
# 02 iyul 2021 10:06 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı may ayı ilə müqayisədə 4,5% azalaraq 337-yə düşüb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, iyun ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,1%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, iyun ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 2 domen və 3 yeni subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 13 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2196 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 89 hesabat təqdim edilib. Yanvar-iyun ayları ərzində Azərbaycanın internet seqmentində 22 domen və 46 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR