Dövlət strukturlarının oktyabrda açdığı kibertəhlükəsizlik sorğularının sayı artıb

Dövlət strukturlarının oktyabrda açdığı kibertəhlükəsizlik sorğularının sayı artıb
# 02 noyabr 2021 12:27 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı sentyabr ayı ilə müqayisədə 11,5% artaraq 378 ədəd təşkil edib.

"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, oktyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 95%-nə baxılıb və təmin edilib.

Məlumata əsasən, oktyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 1 domen və 14 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 17 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3541 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 95,7%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 133 hesabat təqdim edilib. Yanvar-oktyabr ayları ərzində Azərbaycanın internet seqmentində 51 domen və 99 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR