Dövlət Xidməti proqram təminatının yeniləməsinə 9 mln. manata yaxın xərcləyəcək

#
# 11:22
6 may 2021

Dövlət Vergi Xidməti monitorinq, konsultasiya və dəstək xidmətlərinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Xidmətin elan etdiyi tenderin qalibi "Cybernet" şirkəti seçilib. Şirkətlə dəyəri 8,97 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR