Dövlət Xidməti: Vətən müharibəsi ərzində 2 678 kiberhücumun qarşısı alınıb

Tural Məmmədov

© APA | Tural Məmmədov

# 29 noyabr 2021 12:26 (UTC +04:00)

44 günlük Vətən müharibəsinin ilk günlərində DDoS hücumların aktivləşməsi qeydə alınmışdır və bu hücumlar ümumiyyətlə bütün müharibə dövründə aktiv olaraq davam edib.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Kibertəhlükəsizlik günü konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə fişinq hücumları da xüsusi nəzərə çarpıb.

"Dezinformasiya hücumları isə demək olar ki, müharibənin əvvəlindən sonunadək dayanmadan müxtəlif istiqamətlərindən özünü göstərdi. Həm vətəndaşlar, həm də dövlət qurumları hədəfə alınırdı. Dövlət informasiya resurslarına 44 gün ərzində 2 678 kiberhücum cəhdinin qarşısı alındı", - T. Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR