Dünyada hər beşinci istifadəçi yenilənmə bəhanəsi ilə korporativ video-zəngdən yayınıb - SORĞU

Dünyada hər beşinci istifadəçi yenilənmə bəhanəsi ilə korporativ video-zəngdən yayınıb - SORĞU
# 21 iyun 2021 11:27 (UTC +04:00)

Dünyada istifadəçilərin 21%-i korporativ video-görüşlərdən yayınmaq üçün cihazlarının proqram təminatının yenilənməsini bəhanə gətirib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Kaspersky" şirkətinin keçirdiyi qlobal sorğunun nəticələrindən məlum olub.

Bu bəhanə inandırıcı görünür, belə ki, respondetlərin 35%-i zəngə həqiqətən də bu səbəbdən gecikdiyini bildirib.

Məsafədən iş rejiminə keçid toplantı çoxluğu problemini həll edə bilməyib. İnsanlar video-zənglərdən yorulur və onlarda iştirak etməmək üçün bəhanələr axtarır. İş cihazının yenilənməsi isə onlayn görüşlərdən yayınmaq üçün olduqca məqbul səbəb kimi görünür.

Bəziləri proqramın yenilənməsi prosesini zəngin təxirə salınması üçün bir fürsət kimi qəbul edirlər: respondentlərin 27%-i işdən yayınmaq üçün yeniləməni qəsdən başlatdıqlarını etiraf edib. Lakin bu, insanların çoxunun xoşuna gəlmir – sorğu iştirakçılarının 65%-i cihazın qeyri-iş saatlarında yenilənməsinin tərəfdarıdır. Ola bilsin ki, onlar yenilənmələrin yaddaşda saxlanılmamasından qorxur, çünki respondentlərin 37%-i yenilənmədən sonra kompüter və ya noutbukun işə düşməsi nəticəsində eyni halla qarşılaşıb.

"Yeniləmələr adətən fon rejimində yüklənir və işə mane olmur, lakin bundan sonra cihazı yenidən yükləmək lazım gəlir. Əlbəttə, yayınmaq mümkün olmayan tapşırıqlar var, buna görə istifadəçi adətən yeniləmələrin quraşdırılması prosesini bir müddət təxirə sala bilər. Ancaq cihaz ən uyğunsuz zamanda, vacib bir zəngdən əvvəl və ya uzun bir məktub yazarkən yenidən yüklənməyə başlamaması üçün onu çox uzatmaq lazım deyil", deyə "Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Xatırladaq ki, insanların cihazlardakı yeniləmələrə münasibətini və bu proseslə bağlı vərdişlərin öyrənilməsi məqsədilə təşkil olunan sorğu "Kaspersky"nin sifarişi ilə "Savanta" şirkəti tərəfindən 15 min insan arasında aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR