Əbu-Dabidən Bakıya birbaşa aviareys yerinə yetiriləcək

Əbu-Dabidən Bakıya birbaşa aviareys yerinə yetiriləcək
# 05 iyul 2021 11:05 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aviaşirkəti iyulun 15-dən etibarən Əbu-Dabidən Bakıya birbaşa uçuşlara başlayacaq.

"APA-Economics"in "Air Arabia"ya istinadən verdiyi məlumata görə, reyslər həftənin çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Məlumata görə, təyyarə Bakıda saat 16:15-də enəcək, Bakıdan isə Əbu-Dabi istiqamətində saat 19:15-də yola düşəcək.

Xatırladaq ki, hazırda Bakıdan BƏƏ-nin Dubay şəhərinə birbaşa aviareyslər üzrə uçuşlar yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR