"Facebook", "Instagram" və "WhatsApp"da yaranmış problemin səbəbi açıqlanıb

"Facebook", "Instagram" və "WhatsApp"da yaranmış problemin səbəbi açıqlanıb
# 05 oktyabr 2021 11:46 (UTC +04:00)

Məlum olduğu kimi, 4 oktyabrda bir neçə saat ərzində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, “Facebook” şirkəti tərəfindən açıqlanan məlumata əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.

Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib.

Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.

Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyəti məlumatlandıracağıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR