Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib

Fiziki infrastruktur üzrə işçi qrupunun növbəti iclası keçirilib
# 01 noyabr 2021 12:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Fiziki infrastruktur üzrə işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilmiş iclasda 2021-ci ilin 9 ayı ərzində Fiziki infrastruktur üzrə işçi qrupunun Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər, icrası davam edən işlər üzrə cari vəziyyət, qarşıda duran vəzifələr və əvvəlki iclasda qəbul olunmuş qərarların icra vəziyyəti müzakirə olunub.

Fəaliyyət Planının icrası ilə bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və “Azərsu” ASC-nin nümayəndələri tərəfindən təqdimatlar edilib.

Daha sonra növbəti il üçün Fəaliyyət Planı layihəsi müzakirə edilərək bu istiqamətdə işlərin sürətləndirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR