“Futbol üzrə Avropa çempionatı – EURO 2020” mövzusunda poçt markaları bloku dövriyyəyə buraxılıb

“Futbol üzrə Avropa çempionatı – EURO 2020” mövzusunda poçt markaları

© APA | “Futbol üzrə Avropa çempionatı – EURO 2020” mövzusunda poçt markaları

# 29 iyul 2021 18:11 (UTC +04:00)

“Futbol üzrə Avropa çempionatı – EURO 2020” mövzusunda poçt markaları bloku dövriyyəyə buraxılıb.

"APA-Economics"in məlumatına görə, poçt markasının müəllifi rəssam Vüqar Əyyubovdur.

Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) təşkilatçılığı ilə 2020-ci ildə keçirilməsi nəzərdə tutulmuş “EURO 2020” “COVID-19” pandemiyası səbəbindən təxirə salınıb və sözügedən idman tədbiri 2021-ci ildə baş tutub. Bu da markanın eskizində öz əksini tapıb.

Xatırladaq ki, “EURO 2020” çempionatının 4 oyunu ölkəmizdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR