Füzulidə Azərbaycan və Türkiyə nazirləri üçün Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsinin təqdimatı olub - VİDEO - YENİLƏNİB

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsinin təqdimatı

© APA | Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsinin təqdimatı

# 31 may 2021 13:28 (UTC +04:00)

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Rəşad Nəbiyevin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri çərçivəsində Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi layihəsinin təqdimatı olub.

APA-nın Füzuli rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, təqdimata layihənin iştirakçısı olan Azərbaycan və Türkiyə şirkətlərinin təmsilçiləri də qatılıb.

Layihə dəyərləndirilib, tikinti barədə ətraflı məlumat verilib, diskussiya aparılıb.

Sözügedən yol Zəngəzur dəhlizinin bir hissəsi hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR