Gələn həftə 4 metro qatarı Rusiyadan Bakıya çatdırılacaq

Gələn həftə 4 metro qatarı Rusiyadan Bakıya çatdırılacaq
# 09 iyul 2021 10:48 (UTC +04:00)

Gələn həftə Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya çatdırılacaq.

Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qatarlar depoya çatdırıldıqdan sonra təxminən iki həftə ərzində sazlama, sınaq və tənzimləmə işləri aparıldıqdan sonra istismara veriləcək.

"Beləliklə, metropoliteninin yeni qatarların sayı 19-a çatdırılacaq. İstismar müddəti başa çatan qatarlar isə silinərək utilizasiya olunacaq", - deyə B. Məmmədov qeyd edib.

Xatırladaq ki, hazırda "Bakı Metropoliteni"ndə 280 qatar mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR